Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2021 - nanna_000 adlı sosial şəbəkə istifadəçisi
nanna_000 adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
12.12.2021 - Gəncə şəhər sakini Gülnarə Nuriyeva
Gəncə şəhər sakini Gülnarə Nuriyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarından razılığını ifadə edir.
12.12.2021 - Gədəbəy rayon sakini Gültəkin Həsənəliyeva
Gədəbəy rayon sakini Gültəkin Həsənəliyeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
12.12.2021 - Zərdab rayon sakini Nazim Əliyev
DİN-ə ünvanladığı təşəkkür məktubunda Zərdab RPŞ-nin rəhbərliyi və əməkdaşları tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan razılığını bildirir.
12.12.2021 - Salyan rayon sakini Ruslan Təhməzov
DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda daxili işlər orqanlarının əməkdaşlarının respublika ərazisində ictimai təhlükəsizliyin və asayişin təmin olunması istiqamətində xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
10.12.2021 - Sosial şəbəkə istifadəçisi Leyla Məlikova
Sosial şəbəkə istifadəçisi Leyla Məlikova müraciətinə operativ və obyektiv şəkildə baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının xidməti fəaliyyətini təqdir edir və Azərbaycan Polisinə gərgin xidməti fəaliyyətində uğurlar diləyir.
10.12.2021 - Sosial şəbəkə istifadəçisi Könül Məmmədova
Sosial şəbəkə istifadəçisi Könül Məmmədova müraciətinə dərhal reaksiya verilərək zəruri tədbirlər görülməsinə görə Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.12.2021 - Sosial şəbəkə istifadəçisi Vüsalə Qədirova
Sosial şəbəkə istifadəçisi Vüsalə Qədirova ona dəyən ziyanın ödənilməsində göstərilən köməyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.12.2021 - Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərli
Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə operativ və obyektiv şəkildə baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməyə görə Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir.