Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qobustan qəsəbə sakini Təranə Rəhimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməyə görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Xırdalan şəhər sakini Arzu Novruzova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ və obyektiv şəkildə baxılaraq ona dəyən ziyanın geri qaytarılmasında göstərilən köməyə görə Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Pirallahı rayon sakini Zahid Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin narkomaniyaya qarşı qətiyyətli mübarizə tədbirlərini yüksək dəyərləndirir və buna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Rauf Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax şəhər sakini Sənan Ələkbərov təşəkkür məktubunda müraciətinin müsbət yöndə həll olunmasına görə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Vel kənd sakini Əlizadə Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edən şəxsin qısa zamanda müəyyən olunaraq məsuliyyətə cəlb edilməsinə görə minnətdarlığını ifadə edir.

İnstagram izləyicisi Fəridə Xəlilova DİN-ə ünvanladığı təşəkkür məktubunda ona məxsus bank kartından pul oğurlanması ilə bağlı etdiyi müraciətə baxılmasına görə minnətdarlıq  edir.

Lənkəran şəhər sakini Şahin Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə razılığını ifadə edir.

İnstagram izləyicisi Gülşən Mirzəyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda ona məxsus müraciətə baxılmasına və səmimi qəbula görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdatlıq edir.