Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Filman Yaqubov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Bakı şəhər sakini Zülfiyyə Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elxan Dünyamalıyev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Xəyalə Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bəhram Məmmədov pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və bütün DİO əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əlibəy Əliyev iş yerində üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sevgili Rəsulova məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.   
O, vətəndaş müraciətlərinə həssas yanaşıldığına, pozulmuş hüquqların bərpası ilə bağlı müraciətlərə operativ reaksiya verilərək tədbir görüldüyünə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, o cümlədən Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edir. 

Jurnalist İlkin Muradov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, obyektinin qanunsuz sökülməsi və ona maddi ziyan vurulması barədə hesabında ictimailəşdirdiyi məsələyə DİN rəhbərliyi tərəfindən operativ reaksiya verildiyini, araşdırma aparılaraq qısa müddətdə məsələnin obyektiv həll olunduğunu və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. 
Jurnalist İ.Muradov müraciətinə operativ reaksiya verildiyinə və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə, həmçinin Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Ramin Ramazanov DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.