Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.02.2022 - Şəki şəhər sakini Rəcəb Quluzadə
Şəki şəhər sakini Rəcəb Quluzadə müraciətinin obyektiv araşdırılmasına görə ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.02.2022 - Ağsu rayon sakini Kamilə Səmədova
Ağsu rayon sakini Kamilə Səmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.02.2022 - Vətəndaş Yunus Ramazanov
Vətəndaş Yunus Ramazanov oğluna qarşı dələduzluq edən şəxsin məsuliyyətə cəlb edilməsinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.02.2022 - Mingəçevir şəhər sakini İlyas Babayev
Mingəçevir şəhər sakini İlyas Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət yöndə həll edilməsinə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.02.2022 - Ağdaş rayon sakini Azad Abdurahmanov
Ağdaş rayon sakini Azad Abdurahmanov müraciətinə operativ reaksiya verdiklərinə görə Ağdaş RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.02.2022 - Mingəçevir şəhər sakini Gülnar Məmmədova
Mingəçevir şəhər sakini Gülnar Məmmədova ələ keçirilmiş pulunun geri qaytarılması istiqamətində göstərdikləri xidmətə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
08.02.2022 - Şəki rayon sakini Rahim Nəsirov
Şəki rayon sakini Rahim Nəsirov müraciətinə operativ reaksiya verildiyinə və qarşılaşdığı problemin həll edilməsi istiqamətində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
08.02.2022 - Vətəndaş Xəlil Xəlilov
Vətəndaş Xəlil Xəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
08.02.2022 - Bakı şəhər sakini Elşad Əliyev
DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Elşad Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünə görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.