Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şamaxı rayon sakini Fərid Dəmirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şamaxı RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Nairə Məsmalıyeva Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Orxan Əhmədli etdiyi müraciətin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fəxriyə İbrahimova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssas yanaşıldığına, göstərilən diqqətə və operativliyə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir. 

Tərtər rayon sakini Vüqar Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv şəkildə araşdırılmasına görə Tərtər RPŞ-nin əməkdaşlarına minnətdarlğını bildirir.

Gəncə şəhər sakini Siyavuş Bədirov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Tural Sadıxov üzləşdiyi problemlə bağlı Binəqədi RPİ 5-ci Polis Bölməsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. 
O, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nihal Əkbərova DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini, Vətən müharibəsi qazisi, 3-cü qrup əlil İsmayıl Mənsimli DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq müraciəti ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunduğunu, nəzakətlə qarşılanaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.