Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Emil Şivəxanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.

Şirvan şəhər sakini Mirsahib Səmədov  “Facebook”da şəxsi səhifəsində paylaşdığı postda polis əməkdaşlarının nümunəvi xidmətinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Saleh Nəsirov DİN-in “Instagram” səhifəsi vasitəsilə etdiyi müraciətə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nihad Əşrəfov ev kirayələmək məqsədilə tanımadığı şəxsə ödədiyi 120 manat pulun aldadılaraq ələ keçirilməsi barədə etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Hüsaməddin Vəliyev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Abşeron rayon sakini Reyhan Ağayeva müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Salyan rayon sakini Təbriz Bayrambəyli xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elnur Aslanov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Binəqədri RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Mirqabil Cəfərov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.