Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə izləyicisi Sərraf Əzimli Şirvan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Məhəmməd Məmmədov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyi üçün DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Saatlı rayon sakini Təvəkkül Əliyev müraciətinə həssas yanaşıldığına və obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Günay Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə başda DİN rəhbərliyi olmaqla bütün daxili işlər orqanlarının əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Mikayıl İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Şəmkir rayonunda itkin düşmüş qohumunun tapılaraq onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Naxçıvan şəhər sakini Aydəniz Məhərrəmov DİN-in “İnstagram” səhifəsi vasitəsi ilə etdiyi müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Müşfiq Niftizadə oğurluq hadisəsi ilə bağlı müraciətinə dərhal reaksiya verildiyinə və polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə bu cinayət əməlini törədən şəxsin saxlanıldığına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Zəminə Baxşəliyeva üzləşdiyi problemlə bağlı Binəqədi RPİ 5-ci Polis Bölməsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Arif Feyziyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşaraq ictimailəşdirdiyi müraciətinə DİN tərəfindən dərhal reaksiya verildiyini, Baş Dövlət Yol Polisi İdarəsindən onunla əlaqə saxlanılaraq müvafiq məlumatların verildiyini və araşdırmalara başlanıldığını qeyd edir.  
A.Feyziyev müraciətinə diqqətlə yanaşılmasına və araşdırmaya başlanılmasına görə  DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.