Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.01.2022 - Bakı şəhər sakini Kamran Həbibov
Bakı şəhər sakini Kamran Həbibov məktubunda qardaşının mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığını, Suraxani RPİ-də və 33-cü Polis Bölməsində qəbul edilərək müvafiq araşdırmalara başlanıldığını qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektiv araşdırma aparılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
24.01.2022 - Masallı rayonunun Qarğalıq kənd sakini Ramil Əliyev
Masallı rayonunun Qarğalıq kənd sakini Ramil Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasına və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
24.01.2022 - Lənkəran şəhər sakini Mehdi Ramazanov
Lənkəran şəhər sakini Mehdi Ramazanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına görə razılığını ifadə edir.
24.01.2022 - Lənkəran rayon sakini Sevanə Şərifova
Lənkəran rayon sakini Sevanə Şərifova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
24.01.2022 - Lənkəran şəhər sakini Nuridə Məmmədova
Lənkəran şəhər sakini Nuridə Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi yol nəqliyyat hadisəsinin Lənkəran ŞRPŞ-də düzgün araşdırılmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını ifadə edir.
24.01.2022 - Sumqayıt şəhər sakini Turqay Pənahov
Sumqayıt şəhər sakini Turqay Pənahov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.01.2022 - Lənkəran rayon sakini Mircəlal Mehdiyev
Lənkəran rayon sakini Mircəlal Mehdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-də obyektiv və düzgün araşdırılmasına görə minnətdarlığını bildirir.
24.01.2022 - Masallı rayon sakini Ağadədə Abasov
Masallı rayon sakini Ağadədə Abasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evindən oğurluq edən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunmasına görə Masallı RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.
24.01.2022 - Lənkəran şəhər sakini Elnur Əhmədov
Lənkəran şəhər sakini Elnur Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Baş Mühafizə İdarəsinin Lənkəran Regional Mühafizə Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.