Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.08.2022 - Bakı şəhər sakini Abbas Həsənov
Bakı şəhər sakini Abbas Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilən dələduzluq faktıyla əlaqədar etdiyi müraciətə operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə minnətdarlıq edir.
05.08.2022 - Bakı şəhər sakini İlqar Əhmədbəyli
Bakı şəhər sakini İlqar Əhmədbəyli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda 102 Xidməti Zəng Mərkəzinə etdiyi müraciətə operativ baxılmasına və səmimi qəbula görə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.
05.08.2022 - Naxçıvan MR vətəndaşı Məmmədbağır Bağırzadə
Naxçıvan MR vətəndaşı Məmmədbağır Bağırzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilən dələduğluğa görə etdiyi müraciətə operativ baxılmasına və səmimi qəbula görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
05.08.2022 - Bakı şəhər sakini Nuranə Muquşova
Bakı şəhər sakini Nuranə Muquşova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilən haqsızlığa görə etdiyi müraciətə operativ baxılmasına və hüquqlarının qorunmasında göstərilən köməkliyə görə Səbayel Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
05.08.2022 - Sosial şəbəkə izləyicisi Rəhman Şahhüseynli
Sosial şəbəkə izləyicisi Rəhman Şahhüseynli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yasamal Rayon Polis İdarəsində səmimi qəbula və etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkür edir.
05.08.2022 - Musteqil.az saytının baş redaktoru Cavid Süleymanov
Musteqil.az saytının baş redaktoru Cavid Süleymanov DİN Mətbuat Xidmətinə daxil olmuş təşəkkür məktubunda Vətən müharibəsi qazisi Ceyhun Nəcəfzadənin dələduzluqla üzləşməsi faktıyla əlaqədar etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə təşəkkür edir.
05.08.2022 - Bakı şəhər sakini Şamil Əliyev
Bakı şəhər sakini Şamil Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə təşəkkür edir.
05.08.2022 - Hədəfxəbər İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Orxan Yusifov
Hədəfxəbər İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Orxan Yusifov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
05.08.2022 - Bakı şəhər sakini Elvin Babazadə
Bakı şəhər sakini Elvin Babazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qarşılaşdığı dələduzluq faktıyla əlaqədar Nəsimi Rayon Polis İdarəsində aparılan araşdırmaya, etdiyi müraciətə operativ baxılmasına görə təşəkkürünü bildirir.