Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ucar rayon sakini Tacir Xəlilov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İmişli rayon sakini İradə Qəhrəmanova məktubunda müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ucar rayon sakini Zakir Qasımov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətlə bağlı Ucar Rayon Polis Şöbəsində obyektiv araşdırmalar aparıldığına görə minnətdarlığını bildirir.

Qəbələ rayon sakini Sahil Ağahüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ucar rayon sakini Yunis Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sabirabad rayon sakini Cavid Məhərrəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ucar rayon sakini Mahir Kərimov DİN-ə ünvanladığı təşəkkür məktubunda ona məxsus evdə baş verən oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi olan bir qadın DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Metronun “20 Yanvar” stansiyasından “İnşaatçılar”a gedəndə çantam qatarın qapısının arasında qaldı, çıxara bilmədim. Qatar gedəndən sonra çantam tunelə düşdü. “İnşaatçılar” stansiyasında düşdüm. Orada xidmət aparan polis əməkdaşına yaxınlaşıb kömək istədim. Birazdan həmin polis əməkdaşı çantamı gətirib mənə təhvil verdi”.
Həmin qadın polis əməkdaşlarının belə humanistliyinə, nümunəvi xidmətinə və göstərdikləri köməkliyə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Gülnar Əfəndiyeva DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq Binəqədi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.