Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.07.2018 - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təqaüddə olan polis...
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təqaüddə olan polis zabiti, hal-hazırda Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı üzrə xarici məsləhətçi olan Peter Bryant Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı məktubunda bildirir ki, bu yaxınlarda BMT-nin təşkilatçılığı ilə gerçəkləşən layihədə iştirak etmişdir. Layihə çərçivəsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı İlkin Qurbanov mövzu ətrafında yüksək peşəkarlıqla məlumat vermiş, sessiya təqdim etmişdir.
Beynəlxalq müşahidəçi kimi bütün dünyada təlimlər keçirən Peter Bryant insan alverinə qarşı belə peşəkarlığa çox nadir hallarda rast gəldiyini bildirir və DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək dəyərləndirir.23.07.2018 - Qusar rayon sakini Fuad Səfərov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi...
Qusar rayon sakini Fuad Səfərov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.07.2018 - Naxçıvan şəhər sakini Elmar Həsənov DİN-ə ünvanladığı məktubunda uğurlu...
Naxçıvan şəhər sakini Elmar Həsənov DİN-ə ünvanladığı məktubunda uğurlu keçirdiyi əməliyyata, ona göstərilən diqqət və qayğıya görə DİN-in A.N.Heydərov adına Respublika Hospitalının Travmatologiya şöbəsinin həkim-ordinatoru Ramil Nəcəfova, tibb xidməti baş serjantı Xəyalə Məmmədovaya və tibb xidməti serjantı Aynur Rzayevaya minnətdarlığını bildirir.
23.07.2018 - Şəmkir rayon sakini Elxan Sadıqov DİN-ə ünvanladığı məktubunda şikayət...
Şəmkir rayon sakini Elxan Sadıqov DİN-ə ünvanladığı məktubunda şikayət ərizəsinə tez bir zamanda baxılaraq obyektiv həllini tapdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.
20.07.2018 - Qusar şəhər sakini Raziyə Məmmədova DİN-ə ünvanladığı məktubunda Rayon Polis...
Qusar şəhər sakini Raziyə Məmmədova DİN-ə ünvanladığı məktubunda Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi Fərid Rəhimovun xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə minnətdarlığını bildirir.
20.07.2018 - İsmayıllı rayonunun Cülyan kənd sakini Davud Oruclu DİN rəhbərliyinə...
İsmayıllı rayonunun Cülyan kənd sakini Davud Oruclu DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin yüksək səviyyədə qorunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir və həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.
18.07.2018 - Goranboy rayon sakini Vaqif İbrahimov DİN-ə ünvanladığı məktubunda Azərbaycan...
Goranboy rayon sakini Vaqif İbrahimov DİN-ə ünvanladığı məktubunda Azərbaycan Polisinin dövlətimizin möhkəmlənməsi, asayişin, sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla mübarizədə göstərdikləri yüksək peşəkarlığa görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.07.2018 - Bakı şəhər sakini Orxan Kərimov müraciətinə həssaslıqla yanaşılaraq ədalətli...
Bakı şəhər sakini Orxan Kərimov müraciətinə həssaslıqla yanaşılaraq ədalətli həllinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
18.07.2018 - Kəlbəcər rayon sakini Müşfiq Quliyev DİN-ə ünvanladığı müraciətə dərhal...
Kəlbəcər rayon sakini Müşfiq Quliyev DİN-ə ünvanladığı müraciətə dərhal reaksiya verilərək obyektiv araşdırılmasına görə daxili işlər orqanlarının əməkdaşlarına, o cümlədən BBPİ DYPİ-nin YPX şöbəsinin rəisi Fuad Kamalova təşəkkürünü bildirir.