Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Xəqani Rzayev DİN-ə ünvanladığı təşəkkür məktubunda həyatı təhlükədə qalan övladını xəstəxanaya vaxtında çatdırdıqlarına görə Səbail RPİ 9-cu PB-nin əməkdaşı, polis kapitanı Orxan Eyvazlıya minnətdarlığını bildirir.

“Nərimanfilm” kinostuduyasının baş direktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov Hindistan Respublikasının “Dynamix LLP” şirkəti tərəfindən ölkəmizin ərazisində aparılan bədii filmin çəkilişlərində göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayevə, BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin inspektoru, polis baş leytenantı Fərhad Məmmədova və polis kapitanı İsmayıl Şahbazova minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kənan Yusifli “World Telekom” MMC-dən etdiyi şikayətin qısa zaman kəsiyin araşdırıldığına və ona göstərilən diqqətə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Teymur Nəsirova təşəkkürünü bildirir.

Masallı rayon sakini Sirac Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayət ərizəsinə baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımova minnətdarlığını bildirir.

Sumqayıt şəhər “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev ötən il liftdə qalmış şəxsin təcili olaraq xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, polis serjantları Sahib Əkbərova və Fikrət Məmmədova rəhbərlik etdiyi kollektiv adından təşəkkür edir.

Mingəçevir şəhər sakini Mövlud Hüseynov şikayət ərizəsinə baxılıb, üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkürünü bildirir.

Abşeron rayon sakini Natiq Pənahlı şikayətlərinə baxıldığına və onlara dəymiş ziyanın ödətdirilməsinə görə RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Bərdə rayon sakinləri Aris Nurəliyev, Ruslan Həsənov və Alızadə Kamil sabitliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanan Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşlarından razılıqlarını ifadə edirlər.

Sumqayıt şəhər sakini Tural Bağırov Tovuz rayonunda qonaq olarkən qazdan zəhərlənmiş yoldaşının xəstəxanaya çatdırılmasında, onun həyatının xilas edilməsində göstərdiyi köməkliyə görə Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinə və RPŞ DYPB-nin Bəşir və Gündüz adlı əməkdaşlarına minnətdarlığını bildirir.