Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Tural Xudiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, pulunun mənimsənilməsi barədə etdiyi müraciətinə operativ reaksiya verildiyinə və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bir qrup Bərdə rayon sakini rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmini istiqamətindəki peşəkar fəaliyyətinə görə rayon polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirirlər.  

Masallı rayon sakini Samir Həsənzadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə diqqətlə yanaşıldığını, araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir. S.Həsənzadə vətəndaş müraciətlərinə operativ reaksiya verilməsinə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Şəhriyar Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Seymur Hüseynov DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq müraciətinə dərhal reaksiya verildiyinə və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Saatlı rayon sakini Arif Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar qəbul edildiyinə və müraciətinin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Aynur Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, 6-cı mikrorayon ərazisində yaşadığı binada yerləşən idman zalının fəaliyyəti nəticəsində rahat yaşayış hüquqlarının pozulması barədə etdiyi müraciətə operativ reaksiya verilərək müvafiq tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəzrin İmanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə  minnətdarlığını bildirir.  

Xalq artisti, professor, Prezident mükafatçısı, bəstəkar Vasif Allahverdiyev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.