Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhərində qeydiyyatda olmayan sərnişini paytaxta gətirən sürücü inzibati qaydada həbs edilib

30.12.2020

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta icazələri olmayan sərnişinlərin hərəkətinə şərait yaradan  sürücülərə çox təəssüf ki, hələ də rast gəlinməkdədir. Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin  xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnziabati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də sərnişin karantin qaydalarını pozduqları üçün 1 ay müddətində inzibati qaydada həbs ediliblər.


30.12.2020 tarixinə olan kriminal məlumatlar