Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xüsusi karantin rejimində sərbəst hərəkət etmələri üçün 974 vətəndaşı saxta məlumatlar əsasında icazə portalından qeydiyyatdan keçirən MMC rəhbəri saxlanılıb

30.12.2020

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar. İlkin araşdırmalarla  müəyyən edilib ki, vətəndaş Bayram Fərəcov ümumilikdə 974 nəfəri özünə məxsus fəaliyyət göstərməyən MMC-lərdə guya işlədiklərini qeyd edərək həmin şəxsləri qanunuz olaraq icazə portalından qeydiyyatdan keçirib. Bu işdə  Bayram Fərəcova köməklik edən daha iki nəfər də müəyyən edilərək Polis İdarəsinə gətiriblər.

Şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün onlara müraciət edən vətəndaşların hər birindən 50-150 manat almaqla onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.

Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən faktlarla bağlı müvafiq araşdırmalar və əməliyyat-axtarış  tədbirləri davam etdirilir.

30.12.2020 tarixinə olan kriminal məlumatlar