Şabran şəhərində yol-nəqliyyat hadisəsi
30.12.2020Dekabrın 30-da saat 21 radələrində Şabran şəhərində şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurmuşdur. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüş, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Şabran RPŞ tərəfindən araşdırma aparılır.