Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
30.12.2020Dekabrın 30-da saat 21 radələrində Bərdə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Cavadovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağayev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.