Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini A.Səfərov saxlanılmışdır
30.12.2020Dekabrın 30-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisindən qəsəbə sakini V.Alıyevə məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Səfərov Binə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun dekabrın 22-də M.Mehralıyevə məxsus “İnfiniti” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.Xəzər RPİ tərəfindən araşdırma aparılır.