Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edilib
10.04.2026
Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub. Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, 32 yaşlı paytaxt sakini Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.
Bakıda marketdən oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birindən 420 manat pul və 3000 manat dəyərində tütün məmulatını talayıb.Binəqədi RPİ 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Şirinov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1 kiloqramdan çox tiryək və metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Aprelin 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 3 patron darağı və 11 ədəd patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
09.04.2026
Aprelin 9-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 24,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 9-da ümumi çəkisi 24,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqramdan artıq heroin, 19,8 kiloqramdan çox marixuana, 2,4 kiloqramdan çox tiryək, 1,3 kiloqrama yaxın metamfetamin və 253 ədəd yüksək təsiredici xassəyə malik həb olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.