Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar
30.08.2026
Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Yasamalda avtoyuma məntəqəsindən oğurluq edən şəxs saxlanılıb
Yasamal rayonu ərazisində avtoyuma məntəqələrinin birində çalışan şəxs polisə müraciət edərək 1600 ABŞ dollarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənlə birlikdə həmin məntəqədə işləyən 28 yaşlı R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefon oğurlanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib.Həmçinin Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən 3 ədəd avtomobil mühərriyi oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 29-da və 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 29-da və 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 24,2 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 29-da və 30-da ümumi çəkisi 24,2 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Avqustun 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança və 4 tüfəng aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
29.08.2026
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
28.08.2026
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.