Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
20.02.2026
Xəzər rayonunda 11 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Səbail rayonunda 8 kiloqram narkotik vasitə aşkarlandı
Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini “sürərək qurutmaq” bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.Faktla bağlı araşdırmalar aparılır.
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs Zabrat qəsəbəsində yerləşən market, eləcə də üç evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları talayıb.Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddət müşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdən sonra mağaza və evləri talayıb.Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı R.Poladov da saxlanılıb. Faktlar üzrə araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 20-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 14 tüfəng, 4 patron darağı və 311 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.