Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonunda oğurluq edən 2 nəfər saxlanılıb
22.07.2025
Nizami rayonu ərazisində 3 nəfərə məxsus mobil telefonlar, içərisində 1700 manat, kart və sənədlər olan pulqabı oğurlanıb.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Y.Söhbətli müəyyən olunaraq saxlanılıb.Rayon ərazisində qeydə alınan daha bir oğurluq hadisəsi zamanı paytaxt sakini olan bir nəfərə məxsus 950 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 17 yaşlı yeniyetmə də saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Nəsimi rayonunda oğurluq edən 4 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon, içərisində ümumilikdə 2720 manat və qızıl-zinət əşyaları olan çantalar oğurlanıb.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı H.Həmidli, əvvəllər məhkum olunmuşlar - 32 yaşlı H.Hüseynov və 50 yaşlı Ə.Qədimov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 22,6 tondan artıq 25883 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 22-də ümumi çəkisi 22,6 tondan artıq 25883 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 8 qumbara, 6 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 294 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
21.07.2025
İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
Əməliyyat tədbirləri ilə narkotik vasitələr aşkar olunaraq məhv edilib