Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
03.11.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 3-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 6 patron darağı, 2 mərmi və 88 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.