Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimidə sakinləri narahat edən pozuntular aradan qaldırılır

03.11.2025

Bakının Nəsimi rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl etməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb. 
Bununla yanaşı tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquqpozmalara yol verən şəxslər də müəyyən olunublar.
Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir.
Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=zdjnC7ip56A 

03.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub 03.11.2025
  • Paytaxtda 10000 manatlıq oğurluq edənlər saxlanılıb 03.11.2025
  • Nəsimi rayonunda dələduzluq edən şəxs saxlanılıb 03.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 03.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 03.11.2025
  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 03.11.2025
  • Nəsimidə sakinləri narahat edən pozuntular aradan qaldırılır 03.11.2025