Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə və 10310 ədəd psixotrop tərkibli həb götürülüb
13.07.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 12-də və 13-də ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə və 10310 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 7009 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyulun 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 7 qumbara, 5 alışdırıcı, 3 tüfəng, 22 patron darağı və 170 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar
Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, axtarışda olan 38 yaşlı N.İbrahimov saxlanılıb.Bundan başqa, rayon ərazisində bir nəfərin bank kartından 2000 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı R.Feyzullayev də polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Suraxanı rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.Hadisələr zamanı 2 mobil telefon, 500 manat dəyərində velosiped, 450 manat pul, bir evdən isə məişət əşyaları oğurlanıb.Həmçinin, Suraxanı rayonunda yerləşən daha bir sex və mağazadan 4500 manat dəyərində oğurluğun da edilməsi barədə polisə şikayət daxil olub.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İ.Məmmədov və 33 yaşlı F.Rəsulov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub
12.07.2025
İyulun 12-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xətai və Xəzər rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar.Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar.Araşdırmalar davam etdirilir.
Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb
Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
11.07.2025
İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib