Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır
31.12.2021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Dekabrın 31-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 31-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Bakı şəhər sakini Fikrət Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən C.Atəşzadə tutularaq istintaqa təhvil verilmişdir
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dekabrın 31-də saat 22 radələrində Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı cinayət işi başlanılmışdır.
Şahmar Balayevi qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfov tutularaq istintaqa təhvil verilmişdir
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır.
Dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılmışlar
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini M.Cəfərovdan heroin, marixuana, metamfetamin, həmçinin “Baikat” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, marixuana, metamfetamin, həmçinin “Baikat” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Salyan rayon sakini F.Nəcəfov müəyyən edilərək saxlanılmışdır
Hacıqabul Rayon Polis Şöbəsinə dekabrın 27-də şəhər sakini S.Ağayevanın bank hesabından 367 manat pulunun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsdində oğurluq əməlini törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş F.Nəcəfov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Ağarzalı və Ağdam rayon sakinləri A.Mustafayev və Ş.Əhmədov saxlanılmışlar
Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində T.Nadirova məxsus torpaq sahəsindən 1440 metr armatur, 4 evdən kombi, radiator, velosiped, televizor, naqil, təmir-tikinti alətləri və kamera yaddaş bloku oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Ağarzalı və Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Mustafayev və Ş.Əhmədov saxlanılmışlar. Araşdırma aparılır.
Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 31-də saat 17 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində rayon sakini Qəhrəman İsgəndərov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurmuş və nəticədə hadisə yerində ölmüşdür.Sabirabad RPŞ-də araşdırma aparılır.