Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
“Azenco” tikinti şirkətinin anbarından 4000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Abdulov saxlanılmşdır
30.12.2021
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə dekabrın 29-da “Azenco” tikinti şirkətinin anbarından 4000 manat dəyərində qaynaq aparatı və 5 ədəd dəmir lövhə oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Abdulov saxlanılmşdır.
Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 9140 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən N.Məmmədov, R.Məmmədov və. İ.Nəsirov saxlanılmışlar.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini A.Şıxəliyev saxlanılmışdır
Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.Şıxəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülmüşdür.
Şirvan şəhər sakini D.Babayevdən qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini D.Babayevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-18” markalı ov tüfəngi götürülmüşdür.
Kürdəmir rayon sakini H.Zeynalovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür
Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirili kənd sakini H.Zeynalovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülmüşdür.
Nərimanov rayonu ərazisində V.Əhmədovun bank hesabından pul oğurlamaqda şübhəli bilinən F.Qənbərli saxlanılmışdır
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş F.Qənbərli saxlanılmışdır.
Gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır
29.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi "Opel" markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. R.Bağırov polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.Qaradağ rayon Məhkəməsinin qərarı ilə R.Bağırov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Axtarışda olan A.Əlimuradov saxlanılmışdır
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 177-ci (oğurluq) maddələri ilə axtarışda olan A.Əlimuradov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində 4 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.
Narkotik vasitə ilə tutulmuş Ş.Dursunovun Göygöl rayonu ərazisindəki bir evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir
Narkotik vasitə ilə tutulmuş Ş.Dursunovun ətrafında Göygöl RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun bir evdən 17000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.