Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Osmanova məxsus içərisində pul, bank kartı və sənədləri olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini B.Bağırov saxlanılmışdır.
02.12.2021
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə noyabr ayının 28-də rayon ərazisindəki anbarlardan 2936 manat dəyərində təmir-tikinti alətləri və inşaat materiallarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olmuşdur.
“QAZ-3110” markalı avtomobili qaçırmaqda və 2 ədəd yan güzgüsünü, 4 ədəd səsgücləndiricisini və içərisində pul olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sulutəpə qəsəbə sakini E.Hüseynov saxlanılmışdır.
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 30-da saat 23 radələrində 28 May qəsəbəsi ərazisində bir neçə nəfərin Goranboy rayon sakini V.İsmayılovu döyərək 150 manat pulunu almaları barədə məlumat daxil olmuşdur.
Ağdam rayon sakini N.Bəhrəmov saxlanılmışdır.
Paytaxt sakini R.Rzayevanın içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynova müəyyən edilərək saxlanılmışdır.
Zarat qəsəbəsi ərazisində yerləşən daimi postda Siyəzən şəhər sakini A.Aslanovun idarə etdiyi “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır.
Oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - K.İsmayılov, H.Xıdırov və A.Salehov müəyyən edilərək saxlanılmışlar.
Dekabrın 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.