Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
02.02.2026
Evdə sakinlərin olmadığını fürsət bilib 2300 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyi ərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərin olmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğu törətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxış anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Faktla bağlı araşdırmalar aparılır.
Kafedən oğurluq edən iki şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 2-də ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 8 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 6 patron darağı, 1337 ədəd müxtəlif çaplı patron, 7 mərmi və 2 süngü-bıçaq aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
01.02.2026
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 31-də və fevralın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 21 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 31-də və fevralın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 21 nəfər saxlanılaraq istintaqa təhvil verilib.