Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunda naqil oğruları saxlanılıblar
26.01.2026
Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı H.Quliyev, 38 yaşlı Ə.Saqiyev və 33 yaşlı R.Əhmədovsaxlanılıblar. Araşdırma zamanı dəstə üzvlərinin daha iki evdənməişət əşyaları və inşaat materialları oğurladıqları müəyyən edilib. Onların taladıqları naqilləri metal qəbulu məntəqələrinə satdıqları məlum olub.Araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 25,7 kiloqramdan artıq narkotik vasitə və 51 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 26-da ümumi çəkisi 25,7 kiloqramdan artıq narkotik vasitə və 51 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 25 tüfəng, 6 patron darağı və 140 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Sabunçuda 16 kq narkotik vasitə aşkarlandı
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər. Əməliyyatlar zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.Həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılan şəxslər ifadələrimdə narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracaqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Xətai rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar
Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb. Bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub. Xətai RPİ (CAŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar. Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib. Araşdırma aparılır.
Səbail rayonunda 12 kiloqram narkotik vasitə aşkarlandı
Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Növbəti tədbir zamanı 33 yaşlı Gəncə şəhər sakini Səfər Camalov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək və 13 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanıb. S.Camalov narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Bakı şəhərində satmaq niyyətilə əldə etdiyini bildirib. O, narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
25.01.2026
Yanvarın 24-də və 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.