Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
27.02.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də ümumi çəkisi 7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 2 qumbara, 15 tüfəng, 8 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub
26.02.2026
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 48 kiloqrama yaxın narkotik vasitə və 50 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 26-da ümumi çəkisi 48 kiloqrama yaxın narkotik vasitə və 50 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 qumbara, 3 alışdırıcı, 7 tüfəng, 2 patron darağı və 157 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-nin əməliyyatı zamanı 51 kiloqram narkotik vasitə və 2999 ədəd metadon həbi aşkarlanıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
25.02.2026
Yük avtomobilindən akkumulyator oğurlayıb satan şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.Araşdırma aparılır.