Suraxanı rayonunun Zığ qəsəbəsi ərazində yol-nəqliyyat hadisəsi
10.09.2008 Saat 21.00 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazində, Nizami Abbasovun idarə etdiyi "QAZ-3102" markalı və Süleyman Paşayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış N.Abbasov xəstəxanaya aparılarkən yolda ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.