Nəsimi rayonu ərazisində, şəhər sakini Ramin Məhərrəmovun mənzilində təbii qazın sızmasından ani partlayış baş vermişdir
10.09.2008 Saat 15.30 radələrində Nəsimi rayonu ərazisində, şəhər sakini Ramin Məhərrəmovun mənzilində Bakı şəhər sakini Adil Surxayev təmir işləri apararkən təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə yanıq xəsarəti almış A.Surxayev və R.Məhərrəmovun anası Sevda xəstəxanaya yerləşdirilmişlər. Araşdırma aparılır.