Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Mühafizə İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşları  Əli İsmayılovdan 0,286 qram heroin. Nizami RPİ  25-ci PB əməkdaşları Elxan Tahirovdan 0,249 qram, Vüqar Hacıyevdən 0,226 qram heroin, Binəqədi RPİ əməkdaşları Zaur Mirələmovdan 0,311 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Emin Eyvazovdan 0,265 qram, Rabil İsmayılovdan 0,506 qram heroin götürmüşlər. 
Masallı rayon sakini Rasif Məmmədov 0,12 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində R.Məmədova narkotik vasitəni satmış, Vəli Mehdiyev tutulmuşdur. 
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində rayon sakini Hüseyn Paşayev 0,455 qram heroini satarkən  tutulmuşdur.