Mağazadan oğurluq etmiş Bakı şəhər sakini Elməddin İmanzadə tutulmuşdur
10.09.2008 Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da R.Gülmalıyevə məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini Elməddin İmanzadə tutulmuşdur. E.İmanzadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 6-da R.Şirinova və sentyabrın 9-da F.Mehdiyevə məxsus mağazalardan da oğurluq etməsi müəyyən edilmişdir.