DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Özlərini hüquq-mühafizə orqanları əməkdaşı kimi təqdim edərək Göyçay rayon sakini M.Mikayılova hədə-qorxu gəlib 30000 manat pulunu almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

22.10.2021

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özlərini hüquq-mühafizə orqanları əməkdaşı kimi təqdim edən 5 nəfərin Göyçay rayon sakini M.Mikayılova 2 ədəd “F-1” markalı qumbaranı satdığı üçün hədə-qorxu gələrək 30000 manat pulunu almaları barədə məlumat daxil olmuşdur.   

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Bədəlov, B.İslamov, Qazax rayon sakini E.Məmmədrzayev, Masallı rayon sakini R.Əsgərov və Şamaxı rayon sakini K.Qədimov qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Həmin 2 ədəd “F-1” qumbarası onlardan götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanmışdır.

22.10.2021 tarixinə olan kriminal məlumatlar