DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yevlax şəhər sakini V.İsmayılovdan heroin götürülmüş, narkotik vasitəni ona satmaqda şübhəli bilinən A.Hüseynov da müəyyən edilərək saxlanılmışdır

22.10.2021

Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov da müəyyən edilərək saxlanılmışdır. Onun evinə baxış zamanı oradan 129 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

22.10.2021 tarixinə olan kriminal məlumatlar