DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonunda yaşayan N.Əzizovun evindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

22.10.2021

İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Rəsullu kəndində yaşayan əvvəllər məhkum olunmuş N.Əzizovun evinə baxış zamanı oradan 54 qramdan artıq heroin, 4 qramdan artıq tiryək, 9 qrama yaxın metamfetamin və 2 kiloqram 251 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

N.Əzizovun orada qonaqları olan əvvəllər məhkum olunmuşlar S.İsmayılovdan və C.Cabbarlıdan da şəxsi axtarış zamanı heroin götürülmüşdür.

22.10.2021 tarixinə olan kriminal məlumatlar