DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Polisə yalan məlumat verməsi müəyyən edilmiş Xırdalan şəhər sakini V.Məhərrəmovun barəsində cinayət işi başlanmışdır

22.10.2021

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini V.Məhərrəmov oktyabrın 22-də saat 3 radələrində Masazır qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobildə olan sərnişinin onu bıçaqla hədələyib 370 manat pulunu almasını bildirmişdir.

Dərhal müvafiq araşdırmalar aparılmış və V.Məhərrəmovun polisə yalan məlumat verməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə)  ilə cinayət işi başlanmışdır.

22.10.2021 tarixinə olan kriminal məlumatlar