Gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.09.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılmışdır.