Gədəbəy rayonunun Zəhmət kənd sakini C.Məmmədova məxsus avtomobildən ov tüfəngi aşkar edilərək götürülmüşdür
15.09.2021Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Zəhmət kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini C.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.