Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini S.Hacıyev saxlanılmışdır
15.09.2021Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Hacıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə Tovuz şəhərindəki yaşadığı evə baxış zamanı oradan 4,636 qram metamfetamin, 5,391 qram heroin, tiryək və 5 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.