Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində “VAZ-2107” və “KamAZ” markalı avtomobillər toqquşmuşdur
15.09.2021Sentyabrın 15-də saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində kənd sakini İbrahim Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı və Ağcabədi rayon sakini E.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.