Şəmkir rayonu ərazisində Gədəbəy rayon sakini R.İbrahimovu döyərək pulunu almaqda şübhəli bilinən qəsəbə sakinləri E.Məmmədov və A.Qəhrəmanov saxlanılmışlar
19.02.2021Şəmkir RPŞ-yə fevralın 19-da saat 3 radələrində Kür qəsəbəsi ərazisində iki nəfərin Gədəbəy rayon sakini R.İbrahimovu döyərək pulunu almaları barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov və A.Qəhrəmanov müəyyən edilərək saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.