Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Salyan rayon sakini T.Əsədov müəyyən edilərək saxlanılmışdır

19.02.2021

Salyan RPŞ-yə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirmişdir.   

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

19.02.2021 tarixinə olan kriminal məlumatlar