Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və A.Yaqubov saxlanılmışlar
19.02.2021Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və A.Yaqubov saxlanılmışlar. S.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq heroin, 170 qram tiryək və 120 qram metamfetamin aşkar edilərək götürülmüşdür.