Sabirabad rayon sakini M.Babayevdən narkotik vasitələr və müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
19.02.2021Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Qalaqayın kənd sakini M.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana və çətənə toxumu aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 2 ədəd patron və 9 ədəd giliz götürülmüşdür.