Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov müəyyən edilərək saxlanılmışlar

05.01.2021

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov müəyyən edilərək saxlanılmışlar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

05.01.2021 tarixinə olan kriminal məlumatlar