Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri olan 7 nəfər saxlanılmışdır
05.01.2021Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri olan 7 nəfər saxlanılmışdır.
Şəxsi axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.