Xırdalan şəhəri ərazisindəki mənzillərin birindən oğurluğa cəhd göstərən paytaxt sakini S.Səlimov saxlanılmışdır
05.01.2021Yanvarın 6-da saat 1 radələrində Xırdalan şəhəri ərazisindəki mühafizəyə cəlb olunan mənzillərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur.
Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən paytaxt sakini S.Səlimov saxlanılaraq Abşeron RPİ-yə təhvil verilmişdir.
Araşdırma aparılır.